Çempionlar Liqasında 2-ci mərhələnin püşkü atıldı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Qarabağ”ın Şimali Makedoniya təmsilçisi "Sileks”lə cütünün mümkün rəqibi də bəlli olub. Ağdamlılar turu adlasa, "Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi ilə evdə görüşəcək.

Liqa yolunda 3 cüt müəyyənləşib. Avrokuboklara bu mərhələdən başlayacaq 6 komanda sırasında yer alan Türkiyə "Beşiktaş”ı PAOK (Yunanıstan) ilə üz-üzə gələcək. İstanbul təmsilçisi rəqibi ilə səfərdə qarşılaşacaq.

2-ci təsnifat mərhələsinin matçları avqustun 25-26-da keçiriləcək.

 

Çempionlar Liqası, 2020/21 mövsümü

 

II təsnifat mərhələsi

 

"Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi - "Dinamo” (Zaqreb, Xorvatiya)

"Yanq Boyz” (İsveçrə) - "Klaksvik” (Farer adaları)/"Slovan” (Slovakiya) cütünün qalibi

"Seltik” (Şotlandiya)/"Reykyavik” (İslandiya) cütünün qalibi - "Ferensvaroş” (Macarıstan)/ "Yurqorden" (İsveç) cütünün qalibi

"Flora” (Estoniya)/"Suduva” (Litva) cütünün qalibi - "Makkabi” (Təl-Əviv, İsrail)/"Riqa” (Latviya) cütünün qalibi

"Legiya” (Polşa)/"Drita” (Kosovo)// "Linfild” (Şimali İrlandiya) cütünün qalibi - "Ararat” (Ermənistan)/"Omoniya” (Kipr) cütünün qalibi

"Çelye" (Sloveniya)/"Dandolk” (İrlandiya) cütünün qalibi - "Molde” (Norveç)/"KuPS” (Finlandiya) cütünün qalibi

"Buduçnost” (Monteneqro)/"Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi - "Midtülland” (Danimarka)

"Dinamo” (Brest, Belarus)/"Astana” (Qazaxıstan) cütünün qalibi - "Konnah” (Uels)/"Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi

"Qarabağ” (Azərbaycan)/"Sileks” (Şimali Makedoniya) cütünün qalibi - "Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi

"Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi - "Srvena Zvezda” (Serbiya)/"Europa” (Cəbəllütariq) cütünün qalibi

"Alkmaar” (Niderland) - "Viktoriya” (Çexiya)

PAOK (Yunanıstan) - "Beşiktaş” (Türkiyə)

"Lokomotiv” (Zaqreb, Xorvatiya) - "Rapid” (Vyana, Avstriya)