Çempionlar Liqasında 4-cü tur davam edir
Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
A qrupunda "Napoli" (İtaliya) evdə "Ayaks"ı (Niderland) qəbul edəcək, "Liverpul" (İngiltərə) isə "Reyncers"in (Şotlandiya) qonağı olacaq. Neapol təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.
B qrupunda "Atletiko" (Madrid) "Brügge" (Belçika) ilə üz-üzə gələcək. "Brügge" qələbə qazanacağı təqdirdə digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək.
C qrupunda günün maraqla gözlənilən matçında İtaliya "İnter"i İspaniyada "Barselona"nın qonağı olacaq. Qrupun autsayderi "Viktoriya" (Plzen) Çexiyada Almaniya "Bavariya"sı ilə görüşəcək. Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.
12 oktyabr
A qrupu
20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland)
23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)
Xallar: "Napoli" - 9. "Liverpul" - 6. "Ayaks" - 3. "Reyncers" - 0.
B qrupu
20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika)
23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
Xallar: "Brügge" - 9. "Portu" - 3. "Bayer" - 3. "Atletiko" - 3
C qrupu
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
Xallar: "Bavariya" - 9. "İnter" - 6. "Barselona" - 3. "Viktoriya" - 0
D qrupu
23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)
Xallar: "Sportinq" - 6. "Tottenhem" - 4. "Ayntraxt" - 4. "Marsel" - 3.