Çempionlar Liqasında ən yaxşı qol

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı qolu müəyyənləşib.

Sportline.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Luka Modriçin “Şaxtyor”un qapısına vurduğu qol həftənin ən yaxşısı seçilib.

İkinci yerin sahibi “Bavariya”nın yarımmüdafiəçisi  Korentino Tolisso olub. O, “Atletiko” ilə matçda qapını dəqiq nişan alıb.

İlk üçlüyü ”Atalanta”nın hücumçusu Alexandro Qomez qapayıb. Oyunçu “Midtyulland”a qarşı fərqlənməyi bacarıb.

“Krasnodar”ın müdafiəçisi Kristian Ramirezin “Renn”ə vurduğu qol isə 4-cü seçilib.

Qeyd edək ki, “Real” – “Şaxtyor görüşü 2:3, “Bavariya” – “Atletiko” matçı 4:0, “Midtyulland” – “Atalanta” oyunu 4:0, “Krasnodar” – “Renn” qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.