Çempionlar Liqasında həftənin oyunçusu

UEFA Çempionlar Liqasında yarımfinal oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 

Sportline.az xəbər verir ki, bu ada Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb. 

25 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib. 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və "Bavariya" qarşılaşacaq.