Çempionlar Liqasında həftənin rəmzi komandası

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin 4 cavab oyunundan sonra həftənin rəmzi komandası açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi heyətdə bu futbolçular yer alıblar:

Qapıçı: Peter Qulaçi (“Leyptsiq”)

Müdafiəçilər: Xuan Bernat (PSJ), Anxelino, Dayo Upamekano, Lukas Klosterman (hər üçü “Leyptsiq”)

Yarımmüdafiəçilər: Markos Lorente (“Atletiko”), Marsel Sabitser (“Lepytisq”), Ferran Torres (“Valensiya”), Yosip İliçiç (“Atalanta”)

Hücumçular: Kevin Qameyro (“Valensiya”), Alvaro Morata (“Atletiko”).