Çempionlar Liqasında II təsnifat mərhələsi cütləri
Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, ölkə çempionumuz "Qarabağ" ikinci mərhələdə “Şerif” (Moldova) ilə qarşılaşacaq. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi (25-26 avqust)
Çempionlar yolu
ÇFR Kluj (Rumıniya) - Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə) - Klaksvik (Farer adaları) - Slovan Bratislava (Slovakiya) cütünün qalibi
Seltik (Şotlandiya) - Ferentsvaroş (Macarıstan)
Suduva (Litva) - Makkabi Təl-Əviv (İsrail)
Legiya (Polşa) - Omoniya (Kipr)
Çelye (Sloveniya) - Molde (Norveç)
Ludoqorets (Bolqarıstan) - Midtyulland (Danimarka)
Dinamo Brest (Belarus) - Sarayevo (Bosniya və Herseqovina)
Qarabağ (Azərbaycan) - Şeriff (Moldova)
Tirana (Albaniya) - Srvena Zvezda (Serbiya)
Qeyri-çempionların yolu
AZ Alkmaar (Niderland) - Viktoriya Plzen (Çex Respublikası)
PAOK (Yunanıstan) - Beşiktaş (Türkiyə)
Lokomotiv Zaqreb (Xorvatiya) - Rapid (Avstriya).