Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi
UEFA Çempionlar Liqasının yarımfinalında “Laypsiq” “Pari Sen-Jermen”lə qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş Lissabonda keçirilib.
Paris təmsilçisi ilk dəqiqələrdən üstünlüyü ələ alıb. 13-cü dəqiqədə hesab açılıb. Markinyos fərqlənib. Fasiləyədək daha bir qol vurulub. Hücumlarını davam etdirən PSJ-nin heyətindən Anhel Di Mariya rəqib qapısına yol tapıb. 2-ci yarıda da təşəbbüsü əldən verməyən komanda “Laypsiq”in qapısından 3-cü topu keçirib. Xuan Bernat mübarizəyə nöqtə qoyub. 3 cavabsız qolla qələbə qazanan PSJ finala yüksəlib.