Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Sportline.az xəbər verir ki, Cenevrədə təşkil edilən mərasim Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Qrup mərhələsində iştirak edəcək komandalar 4 səbətə bölünüb:
Səbət 1: “Bavariya” (Almaniya), “Sevilya”, “Real” (hər ikisi İspaniya), “Liverpul” (İngiltərə), “Yuventus” (İtaliya), PSJ (Fransa), “Zenit” (Rusiya), “Portu” "(Portuqaliya)
Səbət 2: “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” (hamısı - İngiltərə), “Şaxtyor” (Ukrayna), “Borussiya” (Dortmund, Almaniya), “Ayaks” (Hollandiya)
Səbət 3: “Dinamo” (Ukrayna), “Zalsburq” (Avstriya), “Leyptsiq” (Almaniya), “İnter”, “Latsio”, “Atalanta” (hamısı İtaliya), “Olimpiyakos” (Yunanıstan), "Krasnodar”, (Rusiya)
Səbət 4: “Lokomotiv” (Rusiya), “Marsel”, “Renn” (hər ikisi Fransa), “Brügge” (Belçika), “Borussiya” (Mönhenqladbax, Almaniya), “Başakşəhər” (Türkiyə), “Midtülland” ( Danimarka), "Ferensvaroş" (Macarıstan)