Çempionlar Liqasında son 1/8 finalçılar müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçiriləcək və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.
Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında 5:2 hesabı ilə qalib gəldiyi "Yuventus"la İtaliyada üz-üzə gələcək.
"Atalanta" evdə Dortmund "Borussiya"sını qəbul edəcək. "Benfika" "Real"ın qonağı olacaq. Fransa komandaları PSJ və "Monako" isə Parisdə qarşılaşacaqlar.
Xatırladaq ki, ötən gecə keçirilən oyunlardan sonra "Nyukasl", "Atletiko", "Bodo-Qlimt" və "Bayer" 1/8 finala adlayıblar.
25 fevral
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
21:45."Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 4:1
Qollar: C.Skamakka, 5, D.Zappakosta, 45, M.Paşaliç, 57, L.Samarciç, 90+5 (pen.) – K.Adeyemi, 75
İlk oyun - 0:2
00:00.PSJ (Fransa) - "Monako" (Fransa) - 2:2
Qollar: Markinyos, 60, X.Kvaratsxeliya, 66 – M.Akliuş, 45, J.Teze, 90+1
İlk oyun - 3:2
00:00."Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) - 3:2
İlk oyun - 2:5
00:00."Real" (İspaniya) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar: A.Çuameni, 16, V.Junior, 80 – R.Silva, 14
İlk oyun - 1:0
24 fevral
"Atletiko" (Madrid, İspaniya) – "Brügge" (Belçika) - 4:1
İlk oyun - 3:3
"Bayer" (Almaniya)– "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 2:0
"İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2
İlk oyun - 1:3
"Nyukasl" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 3:2
İlk oyun - 6:1