Çempionlar Liqasının bombardiri oldu
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ən məhsuldar futbolçusu Kilian Mbappe olub.
Sportline.az xəbər verir ki, “Real Madrid”in hücumçusu turniri 15 qolla başa vuraraq bombardirlər siyahısının zirvəsində qərarlaşıb.
27 yaşlı fransalı futbolçu bununla da karyerasında ikinci dəfə Çempionlar Liqasının bombardiri adını qazanıb.