Çempionlar Liqasının ən sürətli het-triki
"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportline.az xəbər verir ki, misirli hücumçu buna qrup mərhələsinin 4-cü turunda "Reyncers"lə görüşdə (7:1) het-trik etməklə nail olub.
68-ci dəqiqədə meydana girən Salah 76, 80 və 81-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bu, turnirin tarixində ən sürətli het-trikdir - 6 dəqiqə 12 saniyə. Hər üçün qolun ötürməsini Dieqo Jota verib.
Buna qədər sözügedən göstəricidə rekord 2011-ci ildə Zaqreb "Dinamo"su ilə oyunda (7:1) 8 dəqiqəyə het-trik edən "Lion"un hücumçusu Bafetimbi Qomisə məxsus idi.