Çempionlar Liqasının finalı Rusiyadan alındı

UEFA Çempionlar Liqasının final matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilməyəcək.

Sportline.az "Associated Press"ə istinadən xəbər verir ki, Avropa futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın bu oyuna ev sahibliyi hüququnu əlindən alıb.

Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında rəsmən açıqlanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü mayın 28-də olacaq.