Çingiz "Qarabağ"ın rəqibini xilas etdi
Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə "Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi "Marsel" "Lill"i qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. İlk hissədə hesabda geri düşən "Marsel" 75-ci dəqiqədə Türkiyə millisinin üzvü Cengiz Ünderin qolu ilə hesabı bərabərləşdirib.
"Marsel" - "Lill" - 1:1
Qollar: Botman, 15 (0:1), Ünder (75 (1:1)
Bu nəticədən sonra "Marsel" 37 xalla 3-cü pillədə qalıb. 29 xala malik "Lill" isə 10-cu pilləyə yüksəlib.