ÇL-də son yarımfinalçılar müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gəlib.
Bu axşam 4 köklü komanda meydana çıxıb. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olub. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edib Rəqibini 4:3 hesabı ilə məğlub edən "Bavariya" mərhələni adlayıb. Münhen klubu 1/2 finalda PSJ ilə üz-üzə gələcək.
Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşıb. Oyunda qol vurulmayıb və "Arsenal" növbəti mərhələyə yüksəlib. London klubu yarımfinalda “Atletiko”ya rəqib olub.
Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub.
15 aprel
UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 4:3
Qollar: Pavloviç, 5, Keyn, 38, Diaz, 89, Olise, 90+4 - Güler, 1, 29, Mbappe, 42
İlk oyun - 2:1
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
İlk oyun - 1:0
14 aprel
"Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2
İlk oyun - 0:2
"Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2
İlk oyun - 2:0
Yarımfinal
PSJ - "Bavariya"
"Atletiko" - "Arsenal"