ÇL: "Yuventus" "Lion"la görüşə hazırdır

UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyununda “Real”ı 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” bu dəfə cavab matçına çıxır.

Sportline.az xəbər verir ki, hər iki komanda görüşə hazırdır. Mövsümü ikinci pillədə bitirən İngiltərə təmsilçisinin İspaniya çempionu ilə mübarizəsi maraqla gözlənilir. Mançester klubunun baş məşqçisi Xosep Qvardiola görüşün gərgin keçəcəyini bildirib.

“Bizi gərgin mübarizə gözləyir. İlk oyundakı qələbəyə aldanmaq olmaz. Arxayınlaşmaq bizim sonumuz ola bilər. Müdafiədə diqqətli olmalıyıq. Rəqib İspaniya çempionudur. Onlara hörmətlə yanaşırıq. Amma mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

“Real”ın baş məşqçisi Zinəddin Zidan isə mətbuat konfransında iddialı danışıb.

“Başa düşürəm, hazırkı vəziyyət bizim əleyhimizədir. Amma bufutboldur. Nəticənin necə olacağını heç kim bilmir. İngiltərəyə qələbə üçün gəlmişik. Bizi fantastik oyun gözləyir”.

Qeyd edək ki, “Mançester Siti” – “Real” görüşü bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.