ÇSKA nigeriyalı futbolçunu transfer etmək istəyir
"Brendford" və Nigeriya millisinin yarımmüdafiəçisi Frenk Onyeka karyerasını Rusiyada davam etdirə bilər.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, oyunçunun xidmətində ÇSKA klubu maraqlıdır.
Hərbiçilər 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Onyeka ilə ÇKSA ilə yanaşı "Leççe", "Valensiya", "Las Palmas" və "Real Valyadolid" klubları da maraqlanr.
Qeyd edək ki, ötən mövsüm "Brendford" forması ilə 28 oyuna çıxan Onyeka aktivinə 1 qol və 2 asist yazdırıb. Onun transfer dəyəri 9 milyona avrodur.