ÇSKA-nın sabiq oyunçusu karyerasını bitirib

ÇSKA-nın keçmiş müdafiəçisi Vitor Vasin karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az Soccer.ru-ya xəbər verir ki, son olaraq "Kayrat"da çıxış edən futbolçu 35 yaşında futbolla vidalaşıb.

Vasin "hərbiçilər"in heyətində 3 dəfə Rusiya çempion olub.O, həmçinin 1 dəfə ölkə kubokunu və Superkuboku qazanıb.

Qeyd edək ki, təcrübəli müdafiəçi 13 dəfə Rusiya millisinin formasını geyinib.