Çuameni London nəhənginə transfer ola bilər

"Arsenal" "Real Madrid"in fransalı futbolçusu Orelyan Çuamenini heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal"ın rəhbərliyi Çuameni üçün "Real"a 80 milyon avro ödəməyə hazırdır.

25 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Çuameni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 2 qol 1 asistlə yadda qalıb.