"Cimbom" "Neftçi" ilə oyuna hazırlaşır

Avropa Liqasının 2-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" bu oyunun hazırlıqlarını davam etdirir.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisini bu gün növbəti məşqinə çıxıb.

Qeyd edək ki, sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq. Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.

Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.