Co Qomezi iki nəhəng klub heyətində görmək istəyir

"Liverpul"un mərkəz müdafiəçisi Co Qomez Avropanın nəhəng klublarının transfer siyahısında yer alıb.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" və "Milan" 28 yaşlı oyunçu heyətində görmək istəyir.

İngiltərə millisinin sabiq oyunçusu bu mövsüm meydana çıxdığı 20 matçda 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Co Qomezin dəyəri 15 milyon avrodur.