Cokoviç hakimi vurduğuna görə cəzalandırıldı

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç ABŞ-ın Açıq çempionatınıdan (US Open) kənarlaşdırılıb. 

Sportline.az xəbər verir ki, buna 33 yaşlı idmançının xətt hakimini topla vurması səbəb olub. 

Hadisə serbiyalı tennisçinin 1/8 finalda ispaniyalı Pablo Karrenyo-Busta ilə görüşündə baş verib. Həmin vaxt Cokoviç birinci setdə 5:6 hesabı ilə geridə olub. Məşhur tennisçi raketkası ilə topu meydanın kənarına sərt şəkildə vurub və top hakimə dəyib. 

Turnir təşkilatçılarının insidentlə əlaqədar yaydığı açıqlamada bildirilir ki, Cokoviç "US Open"də qazandığı bütün reytinq xallarını itirəcək və cəzadan əlavə, pul mükafatından cərimə ödəyəcək. 

Qeyd edək ki, Novak Cokoviç XXI əsrdə kişilərin fərdi yarışında Böyük Dəbilqə turnirində diskvalifikasiya edilən ilk tennisçidir. Əvvəlki cəza 2020-ci il "Roland Garros" turnirində baş verib. Həmin vaxt avstriyalı Ştefan Koubek, atdığı raketka topdaşıyana dəydiyi üçün diskvalifikasiyaya məruz qalıb.