Cokoviçlə yolları ayırdı, Sinnerlə qovuşur

Dünya tennisinin lideri Yannik Sinner fiziki hazırlıq üzrə məşqçi Marko Panişini komandasına cəlb edir.

Sportline.az xəbər verir ki, bu haqda La Gazzetta dello Sport məlumat yayıb.

İtaliyalı mütəxəssis əvvəllər Novak Cokoviçlə işləyib.

Onların anlaşması bu ilin mayında başa çatıb.

Cokoviçlə Paniçi 20177-ci ildən bir komandada idilər. 

Qeyd edək ki, italiyalı mütəxəssis həmçinin Fabiano Fonyini, İvo Karloviç, Filipp Kolşrayber, Kristyan Qarin, Françeska Skyavone və Daniela Qantuxova kimi tennisçilərlə də işbirliyində olub.