Coşua - Nqannu duelinin vaxtı bilindi

Boks üzrə ağır çəkili sabiq dünya çempionu Entoni Coşua ilə UFC-nin sabiq çempionu Frensis Nqannu arasında döyüş maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, boksçu ilə MMA ustasının dueli boks qaydaları ilə 10 raunddan ibarət olacaq.

Artıq görüşün dəqiq vaxtı da məlumdur.

Məşhur idmançılar martın 8-də Səudiyyə Ərərbistanının Ər-Riyad şəhərində üz-üzə gələcəklər.

"Kingdom Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.