Cüdo millimiz ilk gündə 2 medal qazandı
Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə final görüşünüə çıxıb.
Sportline.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə ispaniyalı David Qarsiya Torneyə uduzub.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.
60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə uduzaraq beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, Qran-Pridə ümumilikdə 75 ölkə təmsil olunub. Bu gün başlayan turnir mayın 27-dək davam edəcək.