Cüdo millimizdən fiasko

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqəni bir medalla başa vurublar.

Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.

100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib.

Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.

Qeyd edək ki, Azərbaycan cüdoçularından yalnız Yaşar Nəcəfov (66 kq) medala sahib çıxıb. O, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.