Cüdoçularımız "Böyük dəbilqə"də mübarizəyə başlayırlar
Yeddi cüdoçumuz bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan Bayramov Aybek Omirov (Türkmənistan) üz-üzə gələcək.
66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilinin (BƏƏ) müqavimətini qırmağa çalışacaq.
Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla (Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə (Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland) münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, 57 kq-dakı Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya) görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.