Cüdoçularımız Dünya çempionatını bir medalla başa vurdular

Cüdo üzrə seçmə komandamızın sonuncu üzvü Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Sportline.az xəbər verir ki, yarışın 7-ci günündə Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxıb.

Startda Kodi Endryusu (Yeni Zelandiya), ardınca Finlandiya təmsilçisi Martti Pulmalaineni yenən gürcü legioner 1/8 finalda rusiyalı İnal Tasoyevlə qarşılaşıb. Rəqibinə məğlub olan 31 yaşlı idmançı çıxışını başa vurub.

Beləliklə, mundiala 13 (9 kişi, 4 qadın) cüdoçu ilə qatılan millimiz yarışı bir bürünc medalla bitirib.

Yeganə medalı Zelim Kotsoyev (100 kq) qazanıb.