Milli komandanın heyəti açıqlandı
Cüdo üzrə seçmə komandanın iyulun 15-dən 17-dək Zaqrebdə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.
Sportline.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın məşqçilər korpusu yarışa 16 (12 kişi, 4 qadın) cüdoçu sifariş edib.
Kişilər: Kəramət Hüseynov, Balabəy Ağayev, (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tskayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq).
Qadınlar: Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq).
"Böyük Dəbilqə"də bu günədək 64 ölkədən ümumilikdə 484 cüdoçu iştirakını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl - 8-10 iyulda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək analoji turnirdə mübarizə aparacaq. Həmin yarışda 12 kişi idmançımız çıxış edəcək.