Cüdoçularımızın bu il qazandığı medalların sayı bilindi

Azərbaycan cüdoçularının 2023-cü ildə indiyədək beynəlxalq yarışlarda qazandığı medalların sayı bəlli olub.

Sportline.az xəbər verir ki, bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən turnirlərdə ümumilikdə 233 medal əldə edilib.

Bu mükafatlardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.