Cüdoçuların Daşkənd sınağı
3-5 mart tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Sportline.az xəbər verir ki, üç gün davam edəcək turnirə 51 ölkədən 372 idmançı qatılacaq.
Azərbaycan millisi yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.
İdmançılar mötəbər yarışda böyüklərdən ibarət seçmənin böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcəklər.
-60 kq.
Rövşən Əliyev
Əhməd Yusifov
-66 kq.
Kamran Süleymanov
Ruslan Paşayev
-73 kq.
Nəriman Mirzəyev
Rəşid Məmmədəliyev