Cüdoçuların yeni reytinq cədvəli

Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, seçmə komandamızın iki üzvü öz çəki dərəcəsində liderdir.

Söhbət Rüstəm Orucov (-73 kq) və İrina Kindzerskadan (+78 kq) gedir.

Xatırladaq ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanıb.

Daha üç cüdoçumuz Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (-100 kq) 5-ci, Məmmədəli Mehdiyev (-90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cu pillədə qərarlaşıb.