Cüdoçuların yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya Dünya Reytinqini yenilənib.
Sportline.az xəbər verir ki, Azərbaycan cüdoçularından ən yaxşı göstərici Zelim Kotsoyevə məxsusdur.
O, 100 kq çəki dərəcəsində reytinqə başçılıq edir. 60 kq-da Balabəy Ağayev, 81 kq Səid Mollayi ikinci yerdə qərarlaşıb.
Hidayət Heydərov isə 73 kq-dakı cüdoçular arasında dördüncüdür.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə aparacaq.