Cüdoçumuz Avropa çempionatında uğur qazanıb

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatı davam edir.

Sportline.az Azərbaycan Cüdo Federasiyasından bildirilən məlumata əsasən xəbər verir ki, kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.

Qeyd edək ki, Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.