Cüdoçumuz dünya çempionu adını qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Sportline.az xəbər verir ki, finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mundialın ikinci günündə Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq) və Acelya Toprak (57 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.