Cüdoçumuz olimpiya çempionu ilə üz-üzə
Cüdoçumuz Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, 100 kq-da yarışan idmançı 1/4 finalda israilli Peter Paltçikə qalib gəlib.
Kotsoyev finala vəsiqə uğrunda ikiqat olimpiya çempionu Lukas Krpaleklə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Murad Fətiyev, Məmmədəl Mehdiyev (90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) yarışı medalsız başa vurub.
Dünya çempionatı mayın 14-də yekunlaşacaq.