Cüdoçumuzdan gümüş medal
Bu gün Avstriyanın Qras şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.
Sportline.az xəbər verir ki, 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Vüqar Talıbov yarımfinal görüşündə zədələndiyi üçün, həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən final görüşünə çıxa bilməyib.
Nəticədə idmançımız turniri gümüş medalla başa vurub.