Cüneyt Çakır Avropa Liqasının 1/4 finalında

Türkiyəli referi Cüneyt Çakır Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununa təyinat alıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, "Slaviya" (Praqa) - "Arsenal" görüşünün baş hakimi olacaq. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Arda Kardeşlər yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç aprelin 15-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.