Dadaşovdan növbəti qol

ABŞ-ın I Liqasında 5-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” evdə “El Paso”nu hesabı ilə məğlub edib.

Rüfət oyuna start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 19-cu dəqiqədən hesabı açıb. Dadaşov bu mövsüm 4-cü qolunu vurub.

“Finiks Rayzinq” hazırda 10 xalla B qrupunda 2-cidir.