Dadaşovdan növbəti qol

Almaniyanın Qərb Regional Liqasında 23-cüi turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke-2” evdə "Şportfroynde"ni 4:1 hesabı ilə məğlub edib.

Oyunda kapitan sarğısı ilə çıxan Dadaşov 78 dəqiqədə fərqlənməklə komandasının sonuncu qoluna imza atıb. Bu, onun mövsümdəki 7-ci qolu olub.

Qeyd edək ki, Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.