Daha bir argentinalı "Qalatasaray"da

“Qalatasaray” daha bir ulduz futbolçu ilə razılıq əldə edib.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi “Yuventus” klubunun ulduz futbolçusu Leandro Paredes ilə anlaşıb.

“Qalatasaray” rəsmilərinin verdiyi məlumata əsasən transfer qısa müddətdə gerçəkləşəcək. 

Qeyd edək ki, argentinalı futbolçunun hazırki dəyəri 12 milyon avrodur.