Daha bir cüdoçumuz dünya çempionu oldu

Cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Sportline.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib.

Qeyd edək ki, yarış mayın 24-də yekunlaşacaq.

İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.