Daha bir həmkarımız klub idarəçiliyində təmsil olunacaq
"Şüvəlan" klubunda yeni təyinatlar olub. Sportline.az xəbər verir ki, gələn mövsüm I Divizionda mübarizə aparacaq komandanı millinin sabiq üzvü Aqil Nəbiyev çalışdıracaq.
Tanınmış idman jurnalisti, "CBC Sport" televiziyasının şərhçisi Emin Abbasov isə, klubun icraçı direktoru təyin edilib.