Daha bir nüfuzlu yarış təxirə salındı

Tennis üzrə Böyük Dəbilqə seriyalı "Uimbldon-2020" turniri də təxirə salınıb.
 
Sportline.az xəbər verir ki, yarış təşkilatçıları, koronavirus pandemiyasına görə bu qərara gəliblər. 
 
"Uimbldon-2020"nin 2021-ci il 28 iyun - 11 iyul tarixlərində keçiriləcəyi qeyd olunub.
 
Qeyd edək ki, yarış bu il iyunun 29-dan iyulun 12-dək  Londonda təşkil olunmalı idi.