Daha bir qitə nəhəngi Xabi Alonsonu istəyir
İngiltərə Premyer Liqasında işləri qaydasında getməyən “Çelsi”də artıq yeni mövsümün planları müzakirə olunmaqdadır.
Sportline.az "The Guardian"a istinadla xəbər verir ki, London təmsilçisinin 11-ci sıraya yuvarlanması rəhbərliyin hiddətinə səbəb olub.
"Zadəganlar" yeni mövsümdə baş məşqçi Maurisio Poçettino ilə yola davam etmək niyyətində deyillər.
“Liverpul” və “Vulverhempton”a məğlubiyyətdən sonra kürsüsü daha möhkəm laxlamağa başlayan Poçettinonun alternativinin isə Xabi Alonso olduğu iddia edilir.
Qeyd edək ki, ispanyalı mütəxəssisin adı “Liverpul”, ”Mançester Siti” və ”Real Madrid” kimi klublarla da hallanır.