Daha bir ulduz "Qalatasaray"a gəlir

 Mauro İkardi ilə razılıq əldə edən “Qalatasaray” onun komanda yoldaşı ilə ortaq məxrəcə gəlib.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi Leandro Paradeslə danışıqları uğurla başa vurub.

PSJ-nin argentinalı futbolçu ilə şəxsi razılıq əldə edilib.

Paradesin təklifi qəbul etməsində İkardi amilinin əsas rol oynadığı bildirilir. 

“PSJ” klubu da məbləğdə razılıq əldə olunarsa futbolçu ilə yolları ayırmağa hazırdır.  

Qeyd edək ki, futbolçunun hazırki dəyəri 12 milyon avrodur.