Daha bir ulduz "Roma"da

PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını "Roma"da davam etdirəcək.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, tərəflər niderlandlı yarımmüdafiəçinin bir mövsümlük icarəsi ilə bağlı anlaşıb. Müqaviləyə satınalma bəndi əlavə ediləcək. Əgər Veynaldum mövsümün matçlarının yarısında meydana çıxarsa və komanda Çempionlar Liqasına yüksələrsə, "canavarlar" oyunçunu almağa məcbur olacaqlar.

31 yaşlı futbolçu keçən ilin yayında azad agent kimi "Liverpul"dan PSJ-yə keçib.

Banner