Daiçi Kamada İngiltərə klubu üçün tibbi müayinədən keçib

"Latsio" il müqaviləsi başa çatan yaponiyalı futbolçu Daiçi Kamada İngiltərəyə yollanıb.

Sportline.az Sovspor.ru-ya istinadla xəbər verir ki, "Kristal Palas' transferini tamamladığı 27 yaşlı futbolçunu tibbi müayinədən keçirib.

London klubu təcrübəli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayacaq.

Transnferin yaxın günlərdə rəsmləşməsi gözlənilir.

Qeyd edək ki, Kamada ötən mövsüm "Latsio" forması ilə çıxdığı 27 oyunda 2 qol və 2 asistlə yadda qalıb