David Silvanın taleyi necə olacaq?

“Mançester Siti” ilə vidalaşan ulduz futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az “AS” nəşrinə istinadən xəbər verir ki, söhbət  David Silvadan gedir.

İspaniyalı futbolçu “Latsio”ya keçməyə yaxındır. Roma təmsilçisi Silva ilə danışıqlara başlayıb.