Davinson Sançez transfer iddialarına cavab verib

"Qalatasaray"ın kolumbiyalı futbolçusu Davinson Sançez haqqında yayılan transfer söz-söhbətlərinə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Gol Caracol-a verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Bu, yaxşı işin təzahürüdür. Mən zəhmətə, çətinliklərin öhdəsindən gəlmək bacarığına və komfort zonasından çıxmağa inanan bir insanam. Komfort zonası həmişə imkanlarınızı məhdudlaşdırır. Olduğunuz yerdən çox daha irəli gedə bilərsiniz. Komandalar və fürsətlər qarşınıza çıxar. Əhəmiyyətli komandaların radarında olmaq sizi qürurlandırır, çünki yaxşı bir iş etdiyinizi bilirsiniz. Həm mənim üçün, həm də klub üçün ən yaxşısının nə olduğunu görəcəyik. Hələ ki, "Qalatasaray"la müqaviləm var və nə qərar veriləcəksə mənim yaxşılığım düşünülərək veriləcək" deyə Sançez bildirib.

Qeyd edək ki, Sançez 2023/2024 mövsümünün əvvəlində 9.5 milyon avro qarşılığında "Tottenhem"dən "Qalatasaray"a keçib.O, Türkiyə klubunun heyətində çıxdığı 34 oyunda 3 qol vurub, 2 asist edib.