DÇ: Azərbaycan seçməsindən daha bir heç-heçə
Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar 8-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıb.
İlk 7 turdan sonra hesabına 1 qələbə yazan seçməmizin bu dəfəki rəqibi İran şahmatçıları olub. Komandamız bu dəfə də sülhə razılaşıb.
13 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
8-ci tur
İran - Azərbaycan - 2:2
Parham Maqsudlu - Arkadi Naydiç - 1:0
Puya İdani - Rauf Məmmədov - 0:1
Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5
Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5
İsveç - Rusiya - 0,5:3,5
Hindistan - ABŞ - 2:2
Misir - Qazaxıstan - 2,5:1,5
Çin - İngiltərə - 3:1
Turnir cədvəli:
1. Rusiya - 14
2. Hindistan - 11
3. İngiltərə - 11
4. Çin - 10
5. ABŞ - 9
6. İran - 8
7. Azərbaycan - 6
8. Qazaxıstan - 4
9. İsveç - 4
10. Misir - 3